Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 2-ci Ayə

Surə 22
Ayə 2

Azərbaycan dilində tərcümə

Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir.
Əl-Həcc ‏ surəsi , 2-ci ayə
Əl-Həcc ‏ surəsi 2-ci ayə
Tam Surə

Əl-Həcc ‏ surəsi 2-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 2

MÖHSÜN QƏRAƏTİ
24.05.2026

“Onu (böyük zəlzələni) müşahidə edəcəyiniz gün (vücudunuzu qorxu elə bürüyər ki,) hər bir süd əmdirən (qadın körpəsini) unudar, hər bir hamilə öz həmlini yerə qoyar (uşaq salar). Xalqı məst halda görərsən, amma onlar məst deyillər. Fəqət Allahın əzabı şiddətlidir.”

Nöqtələr

Quran Qiyamət səhnəsini təsvir edərkən insanı lərzəyə gətirən təbirlərdən istifadə edir. O cümlədən: “Uşaqları qocaldan gün”; “amansız və çətin gün”; “Əzabı əhatəli olan gün”. Ən güclü məhəbbət ananın öz övladına olan məhəbbətidir. Bu səbəbdən də Allah-təala Qiyamət çətinliyini bəyan edərkən ananın südəmər körpəsindən üz çevirməsini misal çəkir. Hamilə ananın bətnindəki körpəni vaxtsız salması da Qiyamət çətinliyinə bir işarədir. Əslində isə Qiyamətdə hamilə və ya südəmər körpəsi olan qadın yoxdur.

Bildirişlər

  1. Qiyamətin çətin hadisələri insanın həm hisslərini, həm də ağlını alır.

  2. Tərbiyəvi mövzuların bəyanında hisslərə toxunan misallardan istifadə edək.

  3. Çəkilən misalın həqiqətə uyğun gəlməsi zəruri deyildir.

  4. Quran məsəlləri zaman ötdükcə öz aktuallığını itirmir.

  5. İnsanda məstlik yaradan yalnız şərab deyil. (Bəzən qürur, qəflət, sərvət, məqam da insandakı tarazlığın pozulmasına səbəb olur.)

  6. Həzrət Peyğəmbər (s) Qiyamət təhlükələrindən sığortalanmışdır və amandadır.