Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 3-cü Ayə

Surə 22
Ayə 3

Azərbaycan dilində tərcümə

İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Qur’an keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.
Əl-Həcc ‏ surəsi , 3-cü ayə
Əl-Həcc ‏ surəsi 3-cü ayə
Tam Surə

Əl-Həcc ‏ surəsi 3-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 3

MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“İnsanların bəzisi Allah haqqında bilmədən höcətləşir və hər azğın şeytana tabe olur.”

Nöqtələr

“Mərid” sözü xeyirsiz mənasını bildirir. Otsuz biyaban “mərid”, üzü tüksüz gənc “imrəd” adlandırılmışdır. Ayədə zəruri agahlıq əldə etmədən mübahisə aparmaq qadağan olunur. Əslində müxaliflərlə düzgün və ya analoji məntiqlə mübahisə etmək çox yaxşıdır.

Bildirişlər

  1. Qiyamət əzabı şəkk-şübhə yaratmaqla xalqın əqidəsinə zərbə vuranları hədəfə alır.

  2. Danışıqlar inad və təəssübə yox, məntiq və elmə əsaslanmalıdır.

  3. Elmi əsası olmayan mübahisə şeytana itaətdir.

  4. Cəhalət və təəssüb haqqın qəbuluna mane olur.

  5. Allah və onun yolundan ayrı düşən şəxs hər an şeytanın əsarətindədir.

  6. Şeytanlar çoxdur, onların hər biri müəyyən üsulla azdırır.

  7. Şeytana ardıcıllıqda xeyir yoxdur.