Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 4-cü Ayə

Surə 22
Ayə 4

Azərbaycan dilində tərcümə

(Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir.»
Əl-Həcc ‏ surəsi , 4-cü ayə
Əl-Həcc ‏ surəsi 4-cü ayə
Tam Surə

Əl-Həcc ‏ surəsi 4-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 4

MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“Onun (şeytan) üçün yazıldı ki, vilayətini qəbul edəni hökmən azdırar, yandırıcı oda çəkər.”

Nöqtələr

“Yazıldı” sözü şeytanın məcbur edildiyini göstərmir. Çünki başqa bir ayədə şeytanın öz iradəsi ilə, inadkarlıq səbəbindən səcdə etmədiyi və Allaha qarşı çıxdığı bildirilir. Qeyd olunur ki, şeytan insanları azdıracağına and içmişdir. “Onun üçün yazıldı” dedikdə şeytanın öz istək və iradəsi əsasında ardıcıllarını azdırmasının labüdlüyü nəzərdə tutulur.

Bildirişlər

  1. Şeytan yolu seçiminin və ona itaətin qəti ilahi əzabdan savay nəticəsi yoxdur. (Günahkarlar üçün cəza yalnız onlar günaha batdıqdan sonra müəyyənləşdirilir.)

  2. Şeytana tabeçilik onun vilayətini, hakimiyyətini qəbul etməkdir.

  3. Şeytan istədiyini yox, ona tabe olanları azdırır.

  4. Bütün şeytanlar insanları bir yola çəkir; yandırıcı oda!