Əsas məzmuna keç

Hud surəsi - 1-ci Ayə

Surə 11
Ayə 1

Azərbaycan dilində tərcümə

Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm arasında olan rəmzlərdir. Bu Qur’an) ayələri (kəlmələrinin fəsihliyi, quruluşunun möhkəmliyi, məzmununun xəta, ixtilaf və nəsxdən qorunması ilə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, hökmlər, əxlaqi göstərişlər və digər müxtəlif maariflərlə) ətraflı şəkildə izah edilmiş bir kitabdır.
Hud surəsi , 1-ci ayə
Hud surəsi 1-ci ayə
Tam Surə

Hud surəsi 1-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 1

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əlif, Lam, Ra, (Quran) ayələri möhkəmlənmiş, agah, hikmət sahibi olan tərəfindən şərh edilmiş bir kitabdır.”