NUR TƏFSİRİ: Hud surəsi / ayə 123
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“Göylərin və yerin sirri yalnız Allah üçündür. Bütün işlər Ona doğru
qaytarılasıdır. Onun bəndəsi ol (yalnız Ona pərəstiş et) və Ona təvəkkül et.
Rəbbin sizin əməllərinizdən xəbərsiz deyil.”
Nöqtələr
◘Qeyb elmi mütləq şəkildə Allaha məxsusdur. Amma Allahın izni ilə
peyğəmbər də bu elmdən bəhrələnir.
Bildirişlər
1. Varlıq aləminin sirlərindən yalnız Allah xəbərdardır.
2. Yer və göyün (bütün varlıq aləminin) zahirindən əlavə batini də var.
3. Hər şeyin qayıdışı Ona doğrudur.
4. Qeybə iman ibadət və təvəkkül üçün zəmin yaradır.
5. Allaha təvəkkül edən insan Onun lütfünə nail olur.6. İnsanın əməllərindən xəbərdarlıq Allahın rübubiyyət şə`nindən-dir.