Əsas məzmuna keç

Hud surəsi - 23-cü Ayə

Surə 11
Ayə 23

Azərbaycan dilində tərcümə

Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
Hud surəsi , 23-cü ayə
Hud surəsi 23-cü ayə
Tam Surə

Hud surəsi 23-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 23

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, iman gətirib saleh işlər görənlər, Rəbləri qarşısında təvazökar olanlar behişt əhlidirlər. Onlar orada həmişəlik olaraq qalacaqlar.”
Nöqtələr
"Xəbt” sözündən olan "əxbətu” sözü həm təslimçilik, həm təvazö, həm də arxayınlıq mənasını bildirir.
Xəbərdarlıq və hədə ilə yanaşı təşviqə də yer verilir. Ötən ayələrdə iftira əhlinin taleyi, bu ayədə isə haqq əhlinin siması bəyan olunur.
Bildirişlər
1. İman və saleh əməlimizə görə qürrələnməyək. Bəndəliyin şərti mütləq təslimçilikdir.
2. İnsanın qəlb halının onun alacağı mükafata təsiri var.