NUR TƏFSİRİ: Hud surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
|
"(Nuh öz qövmünə) dedi: "Rəbbim tərəfindən aşkar dəlillə gəldiyimi və Özündən mənə rəhmət (peyğəmbərlik xüsusiyyəti) verdiyini görsəniz və bu sizə məxfi qalmasa (yenə də boyun qaçıracaqsınız?) Sizi ikrah bəslədiyiniz bir şeyin qəbulluğuna vadarmı edək?!”
|
|
|
|
Nöqtələr
Bu ayə müxaliflərin ötən ayədə bəyan olunmuş iki iradına cavab verir:
a) Kafirlər deyirdilər ki, sən bizim kimi bir insansan. Ayə cavab verir ki, mən zahirdə sizin kimi olsam da, mənə Allahın xüsusi rəhməti lütf olunub və vəhy gəlib.
b) Müxaliflər deyirdilər ki, sənin ardıcılların sadəlövh və darbaxışlı adamlardır. Ayə cavab verir ki, onlar zahirən zəif görünsələr də, dəlilsiz yox, sübutlar əsasında iman gətirmişlər.
Peyğəmbərlər müxaliflər qarşısında qəlbigenişlik göstərir, onların böhtanlarına məntiq və dəlil əsasında cavab verirlər.
Bildirişlər
1. Peyğəmbərlər xalqın içərisindən çıxmış, daim xalqla olmuş və xalqla mehriban davranmışlar.
2. Təbliğdə mərhəmət hisslərindən istifadə edək.
3. Peyğəmbərlər daim dəlil-sübut əsasında dəvət etmişlər.
4. Nübuvvət məqamı ilahi bir rəhmətdir.
5. Peyğəmbərlər bütün kamilliklərini Allah tərəfindən bilirlər.
6. Dəlil, mənəviyyat və nübuvvət məsələlərini dərk etməyən kəs kordur.
7. İnsan din və məzhəb seçimində azaddır.
8. İnsanda haqqın qəbulu üçün zəmin olmasa, o, vəhy nurundan faydalana bilməz.