Əsas məzmuna keç

Hud surəsi - 85-ci Ayə

Surə 11
Ayə 85

Azərbaycan dilində tərcümə

«Və ey mənim qövmüm, ölçünü və çəkini tam və ədalətlə verin və (bütün çəkilən və ölçülən şeylərdə haqlarını əda edərkən) camaatın mallarını əskik verməyin və yer üzündə fəsad törədən kimi gəzməyin!»
Hud surəsi , 85-ci ayə
Hud surəsi 85-ci ayə
Tam Surə

Hud surəsi 85-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 85

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(Həzrət Şüeyb tə`kid etdi ki,) ey mənim qövmüm, ölçü və tərəzini insaf və
ədalətlə tamamlayın və xalqın malını əskiltməyin. Fəsad törədib yer üzünü
xaraba qoymayın.”

Nöqtələr
◘“Bəxs” kökündən olan “təbxəsu” sözü əskiltmək mə`nasını bildirir. “La
tə`səv” sözü isə fəsad törətməmək mə`nasındadır.
Bildirişlər
1. Hərtərəfli ədalətin bərqərarı peyğəmbər hərəkatının nailiyyətlərindəndir.
2. Günah cəmiyyətdə adət şəkli aldıqda ardıcıl xatırlatmalarla onu aradan
qaldırmaq lazımdır. Bu ayədə ölçü və çəki məsələsi bir neçə dəfə yada salınır.
3. Alış-verişə, iqtisadi proseslərə nəzarət lazımdır.
4. Yalnız mö`minlərə yox, bütün xalqa münasibətdə ədalət prinsipini gözləmək
zəruridir.
5. Əskiltməmək təkcə çəkisi və ölçüsü olan, dartıla bilən şeylərə aid deyil.
Xalqla alış-verişin bütün sahələrində ədalət gözlənilməlidir.
6. İqtisadi məsələlərlə xalqın haqqını tapdamaq fəsadın ən bariz
nümunələrindəndir. Çünki qeyri-sağlam iqtisadiyyat cəmiyyəti məhv edir.
7. Fəsaddan da pisi fəsad ruhiyyəsində olmaqdır.