Əsas məzmuna keç

Hud surəsi - 94-cü Ayə

Surə 11
Ayə 94

Azərbaycan dilində tərcümə

Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.
Hud surəsi , 94-cü ayə
Hud surəsi 94-cü ayə
Tam Surə

Hud surəsi 94-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 94

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Elə ki, (qəhr-qəzəb) fərmanımız gəldi, Şüeyb və onunla iman gətirənləri
Öz rəhmətimizlə xilas etdik. (Həmin vaxt) dəhşətli səs zalımları əhatə etdi.
Onlar evlərində üzü üstə düşdülər (və öldülər).”


Bildirişlər
1. Allahın zalımlara qəzəbinin gec-tezi var. Amma bu qəzəb labüddür.
2. Səmadakı şimşəklər təsadüfi deyil. Onlar Allahın fərmanı ilə nazil olur.
3. Allah iman əhlinə nicat verib arxa durur.
4. Peyğəmbərlərə iman onların himayə edilməsi ilə müşayiət olunmalıdır.
5. İman qurtuluş rəmzidir.
6. Peyğəmbər də`vətinə diqqətsizlik zülmdür.
7. Zülm və zalımın sonu fəlakətdir.
8. Allahın onlara əzabı o qədər iti və böyük idi ki, evlərindən bayıra çıxmağa
macal tapmadılar. (Belə görünür ki, həmin əzab gecə nazil olmuşdur.)
9. Allahın qəzəbi nazil olduqda zalımların qaçmaq gücünü əlindən alır.