NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 1
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əlif, lam, ra. (Bu,) xalqı Rəbbinin izni ilə zülmətlərdən nura, qüvvət sahibi olan, həmd-sənaya layiq Allaha doğru yönəltməyin üçün sənə nazil etdiyimiz bir kitabdır.”
Nöqtələr
İnsanların zülmətlərdən nura çıxarılması mövzusu Quranda dəfələrlə təkrarlanmışdır. Belə bir yönəltmə bəzən Allaha, bəzən Peyğəmbərə (s), bəzən də kitaba aid edilir.
Küfr, təfriqə, cəhalət, şirk v şəkkə uğramış insan çaş-baş qaldığından bütün bu hallar qaranlığa bənzədilmişdir.
Nur görmə, oyanış, hərəkət və inkişaf vasitəsidir. Bütün bu səciyyələr isə səmavi kitabda və Allah yolunda mövcuddur.
Bildirişlər
1. İnsanların hidayəti üçün Quran təklikdə bəs etmir. Bu işdə ilahi rəhbərə də ehtiyac var.
2. Səmavi kitabların və peyğəmbərlərin göndərilməsi fəlsəfəsi bəşəriyyəti cəhalət zülmətindən elm nuruna, küfr zülmətindən iman nuruna, təfriqə zülmətindən vəhdət nuruna, günah zülmətindən təqva nuruna çıxarmaqdır.
3.Zülmətlər çoxdur, nur isə bir. Haqq birdir, batil isə çox. (Ayədə "nur” sözü tək, "zülmət” sözü isə cəm formada işlədilmişdir.)
5. Peyğəmbərlər və səmavi kitablar hidayət vasitəsidir. Hidayət yalnız Allahın izni ilə əldə olunur.
6. Allahın yolu qüdrət, yüksəliş və kamal yoludur.