Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 17-ci Ayə

Surə 14
Ayə 17

Azərbaycan dilində tərcümə

Onu çətinliklə qurtum-qurtum içər və rahat uda bilməz. Və ölüm (Cəhənnəm işgəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki o ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır.
İbrahim ‏ surəsi , 17-ci ayə
İbrahim ‏ surəsi 17-ci ayə
Tam Surə

İbrahim ‏ surəsi 17-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 17

MÖHSÜN QƏRAƏTİ
16.11.2025

"Onu (çirkin suyu) qurtum-qurtum içər. Halbuki onu içmək ləzzətli deyil. Hər tərəfdən sorağına ölüm gələr, amma o öləsi deyil. Ondan sonra şiddətli əzab var.”

Nöqtələr
Bu ayədə cəhənnəm əhlinin əzabı təsvir olunur:
a) Cəhənnəm əhlinin əzabını artırmaq üçün onların əzabı zərrə-zərrə yetişər.
b) Növbənöv əzablar cəhənnəm əhlini ölüm həddinə çatdırsa da, onlar ölməz.
v) Əzabların çətin döngələri var və çətinlik getdikcə artır.
Quran qiyamət əzabını "əlim”, "şədid”, "ğəliz”, "əzim” təbirləri ilə vəsf edir. Bütün bunlar əzabın şiddət və əzəmətini göstərir.
Həzrət Peyğəmbər (s) buyurur: "Şərab içən insanın namazı 40 gün qəbul olmaz. Belə bir insana Allahın qoxumuş cəhənnəm suyu içirməsi rəvadır.”
Bildirişlər
1. Cəhənnəm əzabı tədrici və daimidir.
2. Cəhənnəm əhli üçün ölüm yoxdur, cəhənnəm əzabı ölümlə başa çatmır.
3. Cəhənnəm əzabı getdikcə artır.