NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Elə düşünmə ki, Allah sitəmkarların gördüyü işdən xəbərsizdir. Həqiqətən, O belələrinin hesabını gözlərinin bərələcəyi günədək təxirə salır.”
Nöqtələr
Sual: Allah ədalətli və qüdrətli olduğu halda nə üçün sitəmkarların qarşısını almır?
Cavab: Allah həm adildir, həm qadirdir, həm də sitəmkarların əməllərindən xəbərdardır. Cəzalarının təxirə salınmasının səbəbi isə dünyada kamil mükafat və ya cəza verməyin mümkünsüzlüyüdür. Allahın qanunu, sünnəsi budur ki, bəndələrinə möhlət verir, tövbə etdikdə onları bağışlayır, tövbə etmədikdə qiyamət günü cəzalandırır.
Bildirişlər
1. Tələsik mühakimə yürütməyin, Allahı xəbərsiz saymayın.
2. Sitəmkarlara möhlət verilməsi Allahın günahkarlardan xəbərsizliyini və ya onlardan razılığını göstərmir.
3. Möhlət vermək Allahın qaydasıdır.
Buna görə zalımın qarşısında susmaq və məyus olmaq yox, ilahi vəzifəyə əməl etmək lazımdır. Allah zalımların intizarındadır.
4. İlahi cəza və mükafat üçün vaxt bölgüsü aparılmışdır.
5. Qiyamət günü o qədər qorxuludur ki, həmin gün gözlər bərələr.