NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Musanı möcüzələrlə göndərdik (və ona dedik:) qövmünü zülmətlərdən nura çıxar, Allahın günlərini onlara xatırlat. Həqiqətən, bu işdə səbri, müqaviməti və şükrü çox olanlar üçün ilahi qüdrət nişanələri var.”
Nöqtələr
Rəvayətlər həzrət Mehdinin (ə) zühur gününü, rəcət və qiyamət günlərini "əyyamullah” ("Allahın günləri”) təbirinin nümunəsi kimi təqdim edir.
Bildirişlər
1. Peyğəmbərin möcüzəsi olmalıdır.
2. Peyğəmbərlərin ümumi məqsədləri eynidir. Allah-təala bu surənin əvvəlki ayəsində İslam Peyğəmbərinə (s), bu ayədə isə həzrət Musaya müraciətlə buyurur: "Xalqı qaranlıqlardan xaric edin və nura yönəldin.”
3. Peyğəmbərə tapşırılan ilk ünvan onların öz qövmüdür.
4. Allahın sitəmkarlara qəhr-qəzəbinin yada salınması və keçmişdəkilərə lütfünə diqqət xalqın zülmətlərdən qurtuluş yoludur.
5. Tarixə diqqət insanda səbir və şükür üçün zəmin yaradır. Keçmişin müsibətlərini və acılıqlarını yada salmaq insanı şükrə vadar edir. Ümmətlərin möhkəmliyinə və uğuruna diqqət insanı səbir və müqavimətə dəvət edir.
6. Bütün günlər Allahın günüdür. Amma ilahi qüdrətin təcəlla etdiyi günün öz yeri var. (Kafirlərə qəhr-qəzəbin, möminlərə lütfün təcəllası.)
7 Allah günlərinin xatirəsi üçün keçirilən bayram mərasimləri caizdir. (Çaşqın vəhhabi firqəsi bu mərasimləri caiz saymır.)
8. Mömin insan çətinliklərdə səbir, rifahda şükür yolunu tutur.
9. Səbir həqiqətin dərki üçün zəmindir.