NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 101
MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"O kəslər ki, gözlərində Mənim zikrimdən qəflət pərdəsi vardı və (təəssüb və inadkarlıq səbəbindən) eşitmək gücündə deyildilər.”
Nöqtələr
Uyğun ayəni "Ənbiya” surəsinin 96-cı ayəsi ilə yanaşı qoysaq məlum olar ki, Yəcuc və Məcuc qövmü məsələsi qiyamətə aiddir və həmin gün üçün bir müqəddimədir. Yəni qiyamətdən öncə Yəcuc və Məcuc qövmü özbaşına buraxılar və dalğa tək yayılıb gedər.
İmam Rzadan (ə) "gözlərində mənim zikrimdən qəflət pərdəsi” ayəsinin təfsiri haqqında soruşulduqda həzrət buyurdu: ”Ayədə zikr” dedikdə Əli ibn Əbi-Talib (ə) nəzərdə tutulmuşdur.(Bax: "Kəhf”, 104. )
101-ci ayədə göz və qulaq dedikdə mərifət, bəsirət və agahlıq nəzərdə tutulmuşdur. Söhbət qəlb gözü və qəlb qulağından gedir. Quranda korluq bəzən qəlbə aid edilir.("Təfsire-Əbul-Fütuh.”)
Bildirişlər
1. Harada asayiş varsa, o asayiş Allahın lütfüdür. Xalq bir an özbaşına buraxılsa dünya bir-birinə dəyər.
2. Zül-Qərneyn səddinin uçulması qiyamət nişanələrindəndir.
3. Qiyamətdən öncə bəzi qövmlər yer üzündə hərc-mərclik yaradar. Amma həzrət Mehdinin (ə) zühuru ilə yer üzü islah olar.
4. İnsan daha çox göz və qulaqla xəbər tutur. Onların gözündə pərdə vardı və qulaqlarında haqqı eşitmək gücü yoxdur. Onlar haqqı anlamırdılar. Axı zikr gözlə görünəsi deyil.
5. Əslində eşitmə qabiliyyəti olan insan o qədər alçalır ki, onda haqqı eşitmək gücü qalmır.
6. Cəhənnəm kafirlərin dünyadakı əməllərinə və tərsliklərinə görə onlara göstərilir.