NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"Yoxsa küfr edənlər elə güman etdilər ki, Mənim yerimə bəndələrimimi himayəçi götürsünlər? Şübhəsiz, Biz cəhənnəmi kafirləri qarşılamaq üçün hazırlamışıq.”
Nöqtələr
Bu ayələrdə kafirlər belə təsvir olunur: Qəlbi kor, Allah əvəzində bəndələrə bəndəlik, cəhalət və təəssüb(Təfsire-Məcməül-bəyan”. )
"Nuzul” dedikdə düşəcək yer və ya qonağın qarşıladığı ilkin şey nəzərdə tutulur.
Bildirişlər
1. Şirk və müşriklərin digər etiqadları xülyadan başqa bir şey deyil.
2. Allahdan savay istənilən bir kəs məxluq və Allahın bəndəsidir. Allahın əvəzinə məxluqa necə üz tutmaq olar?!
3. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək küfrdür.
4. Cəhənnəm bu gün də mövcuddur. İlahi əzab ciddi və qətidir.
5. Küfrün cəzası cəhənnəmdir.