Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 105-ci Ayə

Surə 18
Ayə 105

Azərbaycan dilində tərcümə

Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.
Əl-Kəhf ‏ surəsi , 105-ci ayə
Əl-Kəhf ‏ surəsi 105-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 105-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 105

MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"Onlar Rəbblərinin ayələrini və Onunla (qiyamətdə) görüşü inkar edənlərdir. Belə ki, işləri puça çıxdı. Biz qiyamətdə onlar üçün mizan qurmayacağıq. (Çünki yalnız dəyərli işlərin ölçüyə ehtiyacı var.)”