NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 106
MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"Bu səbəbdən də onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər, Mənim ayələrimi və mələklərimi məsxərəyə qoydular.”
Nöqtələr
Lüğətdə "həbt” dedikdə heyvanın zəhərli ot yeyib, köpməsi nəzərdə tutulur. Bu hal onun ölümü ilə nəticələnə bilər. Onu zəhərlənib və qarnı şişmiş halda görənlər sağlam və ətli heyvan olduğunu düşünərlər.
Elə bu səbəbdən də insanın əməllərinin puça çıxması "həbt” adlandırılmışdır. Bu hala düşmüş insan günahlar vasitəsi ilə zəhərlənmişdir və məhv olmaq astanasındadır.
Qiyamətdə insanlar üç dəstədir: yaxşı olduqlarından mizana ehtiyac duymayanlar, pis olduqlarından mizana ehtiyac duymayanlar, əməlləri hesaba çəkiləsi orta dəstə.(Təfsire-Dürrül-Mənsur”. )
Bildirişlər
1. Allahın inkarı əməllərin puça çıxması səbəbidir. Puça çıxan şeyin isə çəkisi olmur.
2. Allah yanında haqqın çəkisi var, batil isə puç və çəkisizdir.
3. İnsanın aqibəti onun əməllərindən asılıdır.
4. İlahi ayələrin, peyğəmbərlərin məsxərəsinin və küfrün sonu cəhənnəmdir.