NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"Orada əbədidirlər və yerlərini dəyişmək istəməzlər.”
Nöqtələr
Həzrət Peyğəmbər (s) buyurur: "Behiştin yüz dərəcəsi var və onların ən üstünü Firdovsdur. Dua edərkən Allahdan Firdovs istəyin.”("Təfsire-Məcməül-bəyan”. )
Bildirişlər
1. İman və saleh əməl behişt nemətlərinə çatmaq şərtidir.
2. Tərbiyədə xəbərdarlıqla yanaşı müjdə, mükafatla yanaşı əzab yer tutmalıdır. Bir neçə ayə öncə kafirlərin cəhənnəmdə qəbul vasitəsi bəyan oldu. Burada isə möminlərin qəbul vasitəsi olan Firdovs haqqında danışılır.
3. İnsan bir yerdə çox qaldıqda yorulur. O daha yaxşı yer gördükdə həmin yerə köçmək istəyir. Amma behişt əhli əbədi behiştdə heç vaxt yerlərini dəyişməyi arzulamırlar.