NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"De ki, əgər dəniz Rəbbimin kəlmələri üçün mürəkkəb olsa, Onun kəlmələri sona çatmamış dəniz sona çatar. Başqa oxşar dəniz köməyə gətirsən də!”
Nöqtələr
"Midad” dedikdə mürəkkəbə qatılan cövhər nəzərdə tutulur. Qələm kağız üzərində onun köməyi ilə yazır.
"Rəbbin kəlmələri” dedikdə ya vədlər və yaranmışlar, ya hikmətlər və məfhumlar, ya vəhy və ya Allahın hər hansı nişanəsi nəzərdə tutulur. Demək, hər bir zərrə, atom, hüceyrə Rəbbin kəlmələrindən biridir.
Bildirişlər
1. Allahın sonsuz nişanələri var. İnsan bu nişanələri hətta saymağa və qeyd etməyə belə acizdir.
2. İstənilən bir hadisə Rəbbin nişanəsi və kəlməsidir, insanın inkişaf və tərbiyəsinə yönəlmişdir.