Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 11-cü Ayə

Surə 18
Ayə 11

Azərbaycan dilində tərcümə

Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik.
Əl-Kəhf ‏ surəsi , 11-cü ayə
Əl-Kəhf ‏ surəsi 11-cü ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 11-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 11

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Mağarada olduqları neçə ildə onların qulaqlarını qapadıq.”
Nöqtələr
"Fəta” sözünün cəm forması olan "fityə” sözü cavan mənasını bildirir. İmam Sadiq (ə) buyurur: "Fəta” imanlı insan mənasını bildirir. Çünki Allah həmin şəxslər yaşlı olduqları halda imanlarına xatir onları "fəta” kimi tanıtdırır.”(Muntəxəbul-əsər”, s. 485. )
"Rəşəd” sözü "rüşd”, yəni ilahi qurtuluş və razılıq mənasında işlədilmişdir. Bu surədə üç yerdə "rəşəd” sözündən istifadə olunmuşdur: Kəhf səhabəsinin əhvalatında, Musa və Xızrın əhvalatında (ayə 66) və İslam Peyğəmbəri (s) ilə bağlı (ayə 23).
Hədisdə bildirilir ki, "zərəbna fi azanihim” (qulaqlarını vurduq, qulaqlarını qapadıq) təbiri 309 illik yuxu və yenidən oyanış mənasındadır.("Təfsire-Məcməül-bəyan”. )
Bildirişlər
1. Dinin hifzi üçün insanda mərdanəlik, rifaha göz yummaq və hicrət kimi səciyyələr lazımdır.
2. Dua səy və hərəkətlə müşayiət olunduqda səmərə verir.
3. İmanın hifzi üçün günahkar mühitdən hicrət mərdanə işdir.
4. Allahın razılığı üçün hicrət və qiyam ilahi yardımlardan bəhrələnmə zəminidir.