Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 12-cü Ayə

Surə 18
Ayə 12

Azərbaycan dilində tərcümə

Sonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq.
Tam Surə

Əl-Kəhf ‏ surəsi 12-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 12

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Həmin iki dəstədən hansının öz yuxu və yubanma müddətini dəqiq hesablaması üçün onları qaldırdıq.”
Nöqtələr
Hansı dəstənin daha dəqiq hesablaması məsələsi hazırkı surənin 19-cu ayəsinə işarə ola bilər. Ayədən məlum olur ki, Kəhf əshabı arasında yuxunun müddəti ilə bağlı fikir ayrılığı vardır.
Allah hər şeyi öncədən bilir və alimdir. "Linələmə”, yəni "məlum edək” dedikdə, ya Allah xalqın dilindən danışır, ya da Allahın bildiklərinin gerçəkləşəcəyinə işarə olunur.