Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 13-cü Ayə

Surə 18
Ayə 13

Azərbaycan dilində tərcümə

Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»
Əl-Kəhf ‏ surəsi , 13-cü ayə
Əl-Kəhf ‏ surəsi 13-cü ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 13-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 13

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Biz onların (Kəhf əshabının) əhvalatını sənə olduğu kimi hekayət edirik. Onlar Rəblərinə iman gətirmiş gənclər idi və Biz onların hidayətini artırdıq.”
Nöqtələr
İnsanlar fəsad və günahkar cəmiyyətdə üç münasibətdə ola bilər:
a) Bəziləri cəmiyyətin fəsadında həzm olur. (Hicrət etməyən və kamil imanı olmayanlar)
b) Bəziləri günahkar cəmiyyətdə özünü qoruyur. (Məsələn, Kəhf əshabı)
v) Bəziləri günahkar cəmiyyəti dəyişib islah edir. (Peyğəmbərlər və övliyalar)
Rəvayətlərdə bildirilir ki, Kəhf əshabı həzrət Mehdinin (ə) səhabələrindən və yardımçılarındandır.(Yusuf”, 33)
Bildirişlər
1. Həqiqətə əsaslanan dastanlar danışmaq hər kəsin işi deyil.
2. Kəhf əshabının dastanı mühüm və faydalıdır.
3. Həqiqətlərdən bəhrələnmə və tarixdən ibrət götürmə Quranın tərbiyə üsullarındandır.
4. Quran qissələri həqiqətə əsaslanır və bu qissələrdə saxtalıq, uydurma və təhrif yoxdur.
5. İnsanın hərəkət və səyi onun inkişaf və hidayət səbəbidir.
6. İman və hidayətin dərəcələri var.