NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Biz onların qəlbinə güc və möhkəmlik verdik, ayağa qalxıb (xalqdan fərqli olaraq) dedilər: «Bizim Rəbbimiz elə həmin göylərin və yerin Rəbbidir. Heç vaxt Ondan başqa məbud çağırmayacağıq. Belə etmiş olsaq, xəta söz demiş olarıq.»”
Nöqtələr
"Şətət” sözü haqdan uzaqlıqda və batilin izharında ifrat mənasını bildirir. Belə bir hal heç vəchlə qəbul olunmur.
Bildirişlər
1. Qəlblərin aramlığı və sabitliyi Allahın əlindədir.
2. Cəmiyyət yolunu azdığı vaxt bir yerdə dayanmaq olmaz və qiyam etmək zəruridir.
3. İlahi yardımlar iman, vəhdət, qiyam və təvəkkül sayəsində əldə olunur.
4. Sitəmkar qarşısında qiyam üçün möhkəm iman və arxayın qəlbə ehtiyac var.
5. Həqiqi iman haqq uğrunda qiyamla müşayiət olunur.
6. Gerçək müvəhhid (təkallahçı) heç vaxt şirk sorağınca getmir.
7. Tövhidin səmərəsi rübubiyyətdə, tövhid isə bəndəlik etməkdir.
8. Şirk yolverilməz azğınlıqdır və heç vaxt əfv olunmur.