Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 15-ci Ayə

Surə 18
Ayə 15

Azərbaycan dilində tərcümə

«Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!»
Əl-Kəhf ‏ surəsi , 15-ci ayə
Əl-Kəhf ‏ surəsi 15-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 15-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 15

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"O bizim qövmdür ki, Allahdan savay məbudlar qəbul etdi. Nə üçün öz tanrılarına aşkar dəlil göstərmirlər? Allaha iftira yaxandan da sitəmkarı kimdir?!”
Nöqtələr
"İftira” sözü yalan aid etmək mənasını bildirsə də, yenə də "kəziba” sözündən istifadə olunmuşdur. Bunun səbəbi iftiranın iki növə malik olması ola bilər: Bəzən aid etmək imkanı olur, bəzən isə belə bir imkan olmur. Şirk ikinci növə aiddir. Çünki sonsuz elm və qüdrət sahibinə münasibətdə şirk mahaldır.
Bildirişlər
1. Başqalarının azğınlıq və büdrəməsinə biganə qalmaq olmaz. (Kəhf əshabı öz qövmünün azğınlığına görə narahat idi.)
2. İlahi insanların ən böyük narahatlığı xalqın əqidə çaşqınlığıdır.
3. Əqidə məsələlərində təqlid məntiqsizdir. Əqidə seçərkən aşkar dəlilə istinad etmək lazımdır.
4. Şirk Allaha iftiradır və əsassızdır.
5. Yalan zülm, yalançı zalımdır. Allaha yalan aid edən kəs daha zalımdır.