NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Müşriklərdən və onların Allahdan başqa pərəstiş etdiyi tanrılardan uzaqlaşdığınız vaxt mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən əta etsin və sizin üçün işinizdə açılış qərar versin.”
Nöqtələr
Bu sözlər Kəhf səhabələrinin rəhbərinin dilindən deyilir. O öz yanındakı gənclərə Allahın rəhməti ilə ümid verir.("Təfsire-Furqan”. )
Bildirişlər
1. Həqiqi allahpərəst həm bütləri boşlayır, həm də bütpərəstlərdən uzaqlaşır.
2. Allahpərəstlər üçün müşriklər tərəfindən daim təhlükə var.
3. Tövhid fəzası olan mağarada yaşamaq şirk fəzası olan şəhərdə yaşamaqdan üstündür. Həzrət Yusif (ə) da öz növbəsində zindanı saraydan üstün tutdu.(Bax: ayə 19, 21, 22, 26. )
4. Allaha xatir qiyam qaldıran, cəmiyyətindən uzaqlaşıb hicrət edən kəs ilahi lütfdən bəhrələnir.
5. Çətinliklər ötəridir və asayiş üçün müqəddimədir.