Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 18-ci Ayə

Surə 18
Ayə 18

Azərbaycan dilində tərcümə

(gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı.
Əl-Kəhf ‏ surəsi , 18-ci ayə
Əl-Kəhf ‏ surəsi 18-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 18-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 18

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Əgər onlara baxsaydın) onları oyaq sayardın (çünki gözləri açıq idi). Halbuki onlar yuxuda idilər. Biz onları sağ və sol tərəfə çevirərdik (ki, salamat qalsınlar). Onların iti pəncələrini mağaranın astanasında qoymuşdu (keşik çəkirdi). Əgər onlara baxsaydın, baş götürüb qaçardın. Başdan ayağa qorxuya bürünərdin.”
Nöqtələr
"Məcməul-bəyan” təfsirinin yazdığına əsasən, "Kəlbuhum basitun ziraəyhi” cümləsi itin 309 il diri qalıb keşik çəkməsini göstərir.
Bəli, əgər Allah istəsə, bir hörümçək toru ilə mağarada Peyğəmbərini (s) qoruyar, kafirləri peşman edər. Ya bir mağarada oturub keşik çəkən itlə möminləri zalımların caynağından hifz edər.
Bildirişlər
1. İnsanın yuxuya getməsi Allahın nemətlərindən biridir.
2. Allah səbəb yaratdığı kimi, səbəbi aradan götürə bilər. Amil və təsirlərin dəyişməsi Allahın ayələrindəndir. (Allah Kəhf əshabı üçün bir neçə saatlıq yuxunu 309 il qərar verdi və həmin müddət ərzində onların gözü açıq saxlanıldı.)
3. Bəzən heyvanlar da ilahi məqsədli əmr alır. Heyvanların insan həyatında oynadığı rola qarşı diqqətsiz olmayaq.
4. Fərdləri onların forma və qiyafəsi əsasında tanımaq düzgün deyil. Övliya xalqın xoşlamadığı bir qiyafədə ola bilər. (Qiyafəni dəyişməklə qorxu yaratmaqda məqsəd övliyaların başqalarından hifzi ola bilər.)