NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Aralarında bir-birlərindən soruşsunlar deyə onları bu sayaq oyatdıq. Onlardan biri dedi: "Mağarada) nə qədər qalmısınız? Dedilər: "Bir gün, ya günün bir hissəsi.” (Nəhayət) dedilər: "Burada nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Aranızdan birini bu pulunuzla şəhərə göndərin ki, görsün hansı pak qidalar var və sizin üçün ondan gətirsin. Bu işdə zirək olsun və məbada kimsəni sizdən xəbərdar etsin!”
Nöqtələr
"Vəriq” üzərində padşahın şəkli həkk olunmuş dirhəmlər idi.
"Vəlyətələttəf” təbiri Qurani-kərimin orta hissəsində yerləşmişdir. Bu söz müdara, mehribanlıqla müşayiət olunan ayıqlıq mənasını bildirir. Bir sözün Quranın ortasında lütf, mehribanlıq fəzası yaratması özü də bir lütfdür.
Günahkar cəmiyyətə qarşı mübarizədə qüvvələr arasında vəhdət mühümdür. Bu ayədə cəm bildirən "kum” hissəsi 4 dəfə işlədilmişdir: qida hazırlanmasında hamı birdir; pul hamı üçündür; hazırlanan qida hamıya aiddir; hamının canının qorunması zəruridir.
Bildirişlər
1. Allah üçün heç bir iş çətin deyil. 309 illik yuxu və deyilən şəkildə oyatmaq Onun üçün asandır.
2. Qiyamətdə insanların ayağa qaldırılması sizi təəccübləndirməsin, hər yuxudan oyanış bir növ qiyamətdir.
3. İnsan yuxudan da Allahın iradəsi ilə oyanır.
4. Kəhf səhabələrinin oyanışının iki səmərəsi vardı: Bu həm onların özü üçün sual idi, həm ətrafdakılar üçün qiyamət nümunəsi idi.
5. Bilmədiyimiz şey haqqında fikir söyləməyək.
6. Hətta ən kiçik bir qrupun da rəhbəri olmalıdır. (Kəhf səhabələri arasında da onlara yol göstərən, sorğuya çəkən rəhbər vardı.)
7. Dolanışıq ardınca getmək Allaha təvəkküllə zidd deyil. Kəhf səhabələrinin həm pulu vardı, həm də yemək ardınca gedirdilər.
8. Bir dəstəyə vəkalət və onun qəbulu icazə verilmiş işlərdir.
9. Pul kəsimi və onun tədavümünün tarixi keçmişi var.
10. Hər bir malın öz dəyəri var.
11. Həqiqi möminlər öz qidasına fikir verir. Qidanın növü, miqdarı, paklığı və halallığı onlar üçün mühümdür.
12. Mömin sirr saxlayan və ayıq olmalı, müdara və təqiyyə etməklə özünü düşmənə aşkarlamamalıdır. Məsuliyyət qəbul edən kəs müəyyən şərtlərə əməl etməlidir.