NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Öz tərəfindən olan şiddətli əzabla qorxutmaq, saleh işlər görən möminləri yaxşı mükafatla müjdələyən möhkəm və (digər səmavi kitabları) qoruyan (bir kitabdır).”
Nöqtələr
Quran surələri arasında "Həmd”, "Ənam”, "Səba”, "Fatir” və "Kəhf” surələri "Əlhəmdulillah” cümləsi ilə başlayır. Bu surələrdən üçündə yaranışdan danışılır. "Həmd” surəsində tərbiyədən, bu surədə səmavi kitabdan söhbət açılır. Belə ki, varlıq və yaranış insanların tərbiyəsi üçün kitab və qanunla yanaşı iki qanad kimidir.
"İvncac” dedikdə "yanlışlıq və əyrilik”, "əvəc” dedikdə "hiss olunanlar”, "ivəc” dedikdə isə "hiss olunmayanlar” nəzərdə tutulur. ("Əvəc” insanlar, "ivəc” isə digərlərinə aiddir;(Təfsire-Nurus-səqəleyn”, c 5, s. 361; c. 3, s. 243.) "Qəyyim” sözü bərpa edən, sahmana salan mənasını bildirir.)
Ötən surə "Subhanəlləzi”, bu surə isə "Əlhəmdulillah” (adətən yanaşı işlənən təsbih və təhmid) təbiri ilə başlayır.
"Əbdihi” sözü harada mütləq formada işlədilmişdirsə, həzrət Peyğəmbər (s) nəzərdə tutulur.("Hucurat”, 7. )
Bildirişlər
1. Kitab və qanun neməti o qədər mühümdür ki, Allah bu nemətlərlə bağlı Özünü tərif edir.
2. Allaha bəndəlik mənəvi kamilliklərin əldə olunması üçün zəmin yaradır.
3. Nə Allahın kitabında, nə də İslam Peyğəmbərində (s) yanlışlıq müşahidə olunur. Onlar nə haqdan batilə, nə faydalıdan zərərliyə, nə də düzgündən yanlışa meyl edirlər.
4. Quran qiyamətədək sabit və dəyişməzdir.
5. Quran səmavi kitabların mühafizi, bəndələrin bütün faydalarını özündə əks etdirən kitabdır. Bu kitabda nöqsana, ixtilafa, ifrat və təfritə yer yoxdur. O, qiyama, həm də üstün bir qiyama çağırır.
6. Rəhbərin başqalarının faydası üçün qiyam qaldırmasında onun yanlışlıqdan uzaq olması şərtdir.
7. Zərərin dəfi mənfəət kəsb etməkdən mühümdür. Ona görə də öncə xəbərdarlıq, sonra müjdə gəlir.
8. İman saleh əməllə yanaşı fayda verir.
9. Saleh əməl davamlı olmalıdır.