Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 20-cu Ayə

Surə 18
Ayə 20

Azərbaycan dilində tərcümə

«Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdən xəbərdar olsalar və sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud (necə olur-olsun) öz dinlərinə qaytaracaqlar və onda əsla nicat tapmayacaqsınız».
Əl-Kəhf ‏ surəsi , 20-cu ayə
Əl-Kəhf ‏ surəsi 20-cu ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 20-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 20

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Əgər onların (müşriklərin) sizə əli çatsa, sizi daşqalaq edəcək, ya da öz ayinlərinə döndərəcəklər. Belə olsa, heç vaxt nicat tapmayacaqsınız.”
Bildirişlər
1. Bəzi hallarda canı və imanı qorumaq üçün təqiyyə vacib olur.
2. Özünə və imanına biganə qalıb yolunu azan kəs heç vaxt nicat tapmaz.
3. "Palaza bürün, ellə sürün” məntiqi Quran məntiqinə ziddir.
4. Mühitin sərtliyi, cəmiyyət və hökumətin zoru adətən xalqı azdırıb bədbəxt edir. Amma bu mənfi təsirlərə qarşı mübarizə lazımdır.
5. Haqq yolda daşqalaq edilmək yox, doğru yoldan və dindən çıxmaq eybdir.
6. Mürtəd (dindən çıxmış şəxs) heç vaxt nicat tapmaz.