Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 21-ci Ayə

Surə 18
Ayə 21

Azərbaycan dilində tərcümə

Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»
Əl-Kəhf ‏ surəsi , 21-ci ayə
Əl-Kəhf ‏ surəsi 21-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 21-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 21

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Aralarında (qiyamətdəki) işləri haqqında söhbət olduqda ilahi vədin haqq olduğunu bilsinlər deyə onları bu sayaq hallarından xəbərdar etdik. Qiyamətin yetişəcəyinə heç bir şübhə yoxdur. (Bu həqiqət aşkarlandıqda) bir dəstə dedi: «Onların üzərində bir bina tikin, Rəbləri onların halını daha yaxşı bilir.» Onların işindən xəbərdar olanlar isə belə dedilər: "Biz onların üzərində məbəd tikərik.”
Nöqtələr
Araşdırma aparmadan, təsadüfən bir iş haqqında məlumat əldə etmək "isar” adlanır. (Əlif-əyn-sa-əlif-ra) çünki həmin dövrün insanları heç bir zəhmət çəkmədən onların pul sikkələrini görüb sirlərindən xəbər tutdular.
Kəhf səhabələrinin əhvalatında ilahi qüdrət və iradə, şücaət, dünyanın əsarətindən çıxmaq, hicrət, təqiyyə, ilahi yardımlar və halal qidalar mövzuları qeyd olunur.
Bildirişlər
1. Təcrübi, göz qarşısında olan inkişaf və təlim-tərbiyə daha üstündür.
2. Allahın heç bir işi əbəs deyil.
3. Əqidələr elmə əsaslanmalıdır.
4. İnsanı üç əsrdən çox ac saxlaya bilən bir qüdrət ölüləri də dirildə bilər.
5. İnsan bəzi tarixi hadisələrə səthi nəzər salır və onun tərbiyəvi təsirlərindən bəhrələnmir. Kəhf səhabələri əhvalat aşkarlandıqdan sonra öldülər. Həmin vaxt xalq ibrət götürmək əvəzinə məqbərə tikmək barədə düşünürdü.
6. Sadəlövh insanların çoxu bir işdən yapışır və başqalarını işə çağırır. Güclü insanlar isə özləri işə girişirlər.
7. Allah övliyalarının məzarı üzərində məqbərə tikilməsinin Qurana aid kökləri var.
8. Müqəddəs əsərlər müqəddəs məkanlarda və müqəddəs münasibətlərlə qərar tutmalıdır. Hicrət etmiş təkallahçıların olduğu mağaranın kənarında məscid tikilməsi böyük dəyərə malikdir.
9. Dinin yayılması üçün bütün fürsətlərdən istifadə edək. (Əgər xatirə olaraq bina ucaltmaq lazımdırsa, böyük mənəvi və maddi əsərləri olan məscid tikək.)