Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 22-ci Ayə

Surə 18
Ayə 22

Azərbaycan dilində tərcümə

Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir.» Və deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir.» Dəlili olmayan söz! Və deyəcəklər: «Yeddi nəfərdirlər və səkkizincisi itləridir.» De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir.» Onları(n sayını kitab əhlindən və sənin ümmətindən) az (bir qism) istisna olmaqla (heç kəs) bilmir. Buna görə də onların barəsində yalnız (Qur’anın bəyan etdiyi miqdar və çərçivədə) zahiri söhbətlə mübahisə et və onlar (mağaradakılar) barəsində onların heç birinin nəzərini soruşma!
Əl-Kəhf ‏ surəsi , 22-ci ayə
Əl-Kəhf ‏ surəsi 22-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 22-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 22

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
«Tezliklə deyəcəklər: "(Kəhf səhabələri üç nəfər idi, dördüncüləri isə it idi.” (Başqa bir dəstə) deyər: "Onlar beş nəfər idi, altıncıları isə it idi.” (Bu əsassız söz) naməlum keçmişə güman oxu atmaqdır. (Digər bir dəstə) deyər: "Onlar yeddi nəfər idilər və səkkizinciləri it idi.” De ki, Rəbbim onların sayını daha yaxşı bilir. Onların sayından az bir hissə xəbərdardır. Onlar haqqında zahirə baxıb mübahisə etmə və onlar haqqında (kitab əhlindən) kimsənin fikrini soruşma.”»
Nöqtələr
Kəhf səhabələrinin 3 və ya 5 nəfər olması ilə bağlı ehtimala toxunularkən "vav” kəlməsinin işlədilməməsi bu nəzəriyyələrin cahillər tərəfindən irəli sürüldüyünü göstərə bilər. Ola bilsin ki, Kəhf səhabələrinin 7 nəfər olması fikri möminlərə və diqqət əhlinə aiddir. (Bu baxışı İbn Abbas Əmirəl-möminindən (ə) nəql etmişdir.) 7 ehtimalından sonra güman oxu təbirinin işlədilməməsi hörmət nişanəsi ola bilər. 7 ehtimalında səhabələr sözü it sözündən «vav» hər fi ilə ayrılmışdır.
Əgər hərəkətlər dəyərli, insanlar məqsədli olsa bağlılıqlar, hətta heyvanlar da hesaba alınar. Çünki heyvan və murdar olmaq dəyərsizlik dəlili deyil. Bu ayədə it 3 dəfə xatırlanılır. 18-ci ayədə də Kəhf səhabələrinin itinin müsbət rolu qeyd olunur.
Hazırkı surənin müxtəlif ayələrində yersiz gümanlar məzəmmət olunmuşdur.(Bax: "Kəhf”, 69. )
Bildirişlər
1. Quran gələcəkdən xəbər verir.
2. Əsassız danışmayaq və yersiz gümanlara istinad etməyək.
3. Qeyri-zəruri olduqda mübahisədən çəkinin.
4. Say yox, məqsəd barədə düşünün. Faydasız biliklər sorağınca getməyin.
5. Kimdən öyrənmək və kimdən soruşmaq mühüm məsələdir. Suallarımızı cahillərə ünvanlamayaq.