Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 26-cı Ayə

Surə 18
Ayə 26

Azərbaycan dilində tərcümə

(Onların neçə il qalmaları barədə ixtilaf edənlərə) de: «Allah onların qaldıqları müddəti daha yaxşı bilir, göylərin və yerin qeybi (hər bir canlı varlığın hissiyatından xaric olan şey) Ona məxsusdur (elmi cəhətdən onları əhatə edən Odur). Necə də görən və eşidəndir! Və onların Allahdan başqa heç bir yardımçı və başçıları yoxdur və O Özünün (göylərə və yerə olan) hakimiyyətinə heç kəsi şərik etmir».
Əl-Kəhf ‏ surəsi , 26-cı ayə
Əl-Kəhf ‏ surəsi 26-cı ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 26-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 26

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"De ki, Allah mağarada qaldıqları müddəti daha yaxşı bilir. Göylərin və yerin qeybi də Ona aiddir. Necə də görən və eşidəndir! Xalq üçün Ondan savay yardımçı yoxdur. O Öz hökmünə kimsəni şərik etməmişdir.”
Nöqtələr
Yəhudilər Kəhf səhabələrinin mağarada nə qədər qalması ilə bağlı Həzrət Əliyə (ə) sual ünvanladılar. Həzrət onların 309 il qaldığını buyurdu. Dedilər: "Bizim kitabımızda 300 il qeyd olunub!” Həzrət buyurdu: ”9 il günəş təqvimi ilə ay təqvimi arasındakı fərqdən yaranıb.”("Yunus”, 15.)
Mərağinin təfsirində həmin 9 il Quran üçün möcüzə sayılır. Ay təqvimi ilə günəş təqvimi arasındakı fərqin dəqiq göstərilməsi diqqəti cəlb edir.
Deyilə bilər ki, müddət həmin 300 il olmuşdur və xalq 9 il ona artırmışdır. Bu səbəbdən Allah "De ki, Allah daha yaxşı bilir” buyurur.
İnsan ömrü üçün müəyyən hədd təyin olunmamışdır. Su 100º-də qaynayıb, 0º-də buza döndür, lakin insan ömrünə münasibətdə dəqiq rəqəm göstərmək olmaz. Sınaqlar zamanı bəzi canlıların ömrü 12 dəfəyədək arta bilir. Elmi mənbələrdə yazılır: Şimal qütbündə neçə min il öncə buzlaşmış balıq ilıq suda yerləşdirildikdən sonra yenidən canlanmışdır("Hud”, 29. )
Rəqəmlər bəzən sadə şəkildə bəyan olunduqda daha tez unudulur. Məsələn, xəstə həkimə "dörd saat növbədə dayanmışam” və ya "dörd saatdan yeddi dəqiqə az növbədə dayanmışam” deyirsə, bu iki deyiliş diqqəti fərqli şəkildə cəlb edir. Bəzən rəqəmlər az və ya çoxluğu bildirmək məqsədi daşıdığından bir o qədər də diqqət çəkmir. Dəqiq şəkildə bəyan olunan rəqəm isə dinləyicinin diqqətini daha çox cəzb edir. Bu səbəbdən də həzrət Nuhun təbliğ müddəti haqqında belə buyurulur: "Min ildən əlli il əskik.” Belə bir bəyan dəqiqliyi göstərir. Bu ayədə də üç yüz il və doqquz il əlavə” təbiri dəqiq bir vaxtdan söhbət açır.
Bildirişlər
1. Rəqəmlər və ədədlər dəqiq şəkildə bəyan olunmalıdır.
2. Rəqəmlərin bəyanına diqqət bu rəqəmləri yaddaşda möhkəmləndirir.