Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 27-ci Ayə

Surə 18
Ayə 27

Azərbaycan dilində tərcümə

Və Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun kəlmələrini (Lövhi-Məhfuzu və ya Qur’anı və onun kəlmə və mənalarını) dəyişdirən yoxdur və heç vaxt Ondan başqa bir sığınacaq və pənah yeri tapmayacaqsan.
Əl-Kəhf ‏ surəsi , 27-ci ayə
Əl-Kəhf ‏ surəsi 27-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 27-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 27

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Rəbbinin xitabından sənə vəhy olunanı (xalqa) oxu. İlahi sözləri (sünnələri) dəyişən yoxdur. Heç vaxt Ondan savay sığınacaq tapmazsan.”
Nöqtələr
Peyğəmbər müxaliflərinin bəhanələrindən biri bu idi ki, onlar Quranın dəyişməsini istəyir və deyirdilər: "Ya başqa bir Quran gətir, ya da onu dəyiş.”(Təfsire-Nurus-səqəleyn”. ) Peyğəmbər onlara cavab olaraq buyurdu: "Bu iş mənim ixtiyarımda deyil. Ayələri dəyişmək yalnız Allahın işidir.”
Bildirişlər
1. Vəhy və səmavi kitabın nazil olması ilahi rübubiyyət şərtidir və insanların tərbiyəsinə yönəlmişdir.
2. Quran istənilən bir dəyişiklik və təhrifdən uzaqdır. İslam Peyğəmbəri (s) son peyğəmbər olduğu kimi, Quran da son səmavi kitabdır.