Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 28-ci Ayə

Surə 18
Ayə 28

Azərbaycan dilində tərcümə

Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!
Əl-Kəhf ‏ surəsi , 28-ci ayə
Əl-Kəhf ‏ surəsi 28-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 28-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 28

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Sübh və şam vaxtı Rəblərini çağıran və Onun razılığını diləyənlərə qarşı dözümlü ol. Gözünü onlardan çəkmə ki, dünya bər-bəzəyi istəyəsən. Qəlbini Allah zikrindən xəbərsiz qoyduqlarımıza və öz həvəslərinin ardınca gedənlərə, işlərində həddi aşanlara tabe olma.”
Nöqtələr
Tarix boyu kafirlər, varlılar və sərvətlilər yoxsulları iman yolunda maneə saymışlar. Onlar Nuha da bu məzmunda müraciət etmişdilər. Həzrət Nuh onların cavabında buyurdu: ”Mən möminləri yoxsulluqları səbəbindən rədd etmərəm.”(Ənam”, 52.) İslam Peyğəmbərinin (s) dövründə də Səlman, Əbuzər, Əmmar, Xəbab kimi yoxsul möminlərin qovulması təklif olunurdu. Bu ayə uyğun düşüncə tərzini məzəmmət edir.
İmam Sadiq (ə) və İmam Baqir (ə) buyurmuşlar: "Allahı sübh və şam çağırmaq dedikdə, namazın qılınması nəzərdə tutulmuşdur.”("Bəqərə”, 25. )
Bildirişlər
1. Varlılar çalışırdılar ki, Peyğəmbərin (s) yoxsul möminlərlə əlaqəsinə mane olsunlar. Peyğəmbərə (s) bu sayaq fəaliyyətlərə qarşı müqavimət göstərmək əmr olundu.
2. Yoxsullarla yoldaşlıq çətindir, amma buna dözmək lazımdır.
3. Davamlı şəkildə dua və yalvarış insanla ünsiyyət üçün onun ləyaqət şərtidir.
4. Rəhbər məhrumlara münasibətdə etinasız yox, onlarla həmdərd olmalıdır.(Bax: ayə 28. )
5. Daimi və xalisanə dua dəyərlidir.
6. Günün əvvəlində və sonunda Allahı xatırlamaq lazımdır.
7. Varlıların razılığını qazanmaq üçün yoxsullardan uzaqlaşmayaq.
8. Ən çirkin iş odur ki, xalq Allaha üz tutsun, rəhbər isə dünyaya!
9. Dünyapərəstlik o qədər təhlükəlidir ki, Allah bu barədə peyğəmbərlərə də xəbərdarlıq edir.
10. Dünya ardınca gedən şəxs ilahi yoldan xaric olur. Dünyapərəstlik allahpərəstliklə ziddir.
11. Dünyapərəstliyin cəzası Allah zikrindən bixəbərlikdir.
12. Allah zikrinin dəyəri onun qəlbdə və ruhda nə qədər kök atmasındadır.
13. İnsan addım-addım süqut edir. Öncə qəflət, sonra həvəsbazlıq və daha sonra azğınlıq.
14. Qafil, həvəsbaz və ifratçı insanların rəhbərliyi qadağandır.
15. Orta hədd dəyər, ifratçılıq nöqsandır.