NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"De ki, haqq Rəbbiniz tərəfindən yetişmişdir. İstəyən iman gətirsin, istəməyən kafir olsun. Həqiqətən Biz sitəmkarlar üçün pərdə tək onları bürüyəcək od hazırlamışıq. Sığınacaq axtardıqda (mis kimi) qaynar su ilə çöhrələrini yandırmaqla onlara yardım göstərilər. Necə də pis içki, necə də pis məkandır!”
Nöqtələr
Belə görünür ki, ayədə iman gətirməzdən öncə şərt qoyan kəslərə cavab verilir. Onlar deyirlər: "Bizim dinə qatılmağımız üçün yoxsullar rədd edilsin.”
Xalq iman və ya küfr yolunu seçməkdə azad buraxılsa da, bilməlidir ki, küfrün sonu yandırıcı qiyamət əzabıdır.
"Suradiq”, yəni pərdə sözü Quranda bir yerdə işlədilmişdir və cəhənnəm əhlinə aiddir.
İmam Rza (ə) zalım hökumət məmurlarından birinə buyurdu: ”Əgər dağdan atılsam və parça-parça olsam, zalıma işçi olmağımdan daha yaxşıdır. Yalnız möminləri çətinlikdən qurtarmaq üçün belə etmək olar.” Sonra həzrət buyurur: "Allah xalqın hesab-kitabını (Qiyamətdə) qurtarana kimi zalım hökumət işçilərini atəşdən pərdəyə bürüyər.”
Bildirişlər
1. Yeganə haqq mənbəsi Allahdır.
2. Mömin yoxsulların rədd edilməsi düzgün istək deyil, gerçək istək Allaha məxsusdur.
3. Xalqın meyilli və ya meyilsiz olmasının dinin necəliyinə təsiri yoxdur.
4. Peyğəmbərin vəzifəsi dəvət etməkdir və insanlar iman və ya küfrü qəbul etməkdə azad buraxılmışlar.
Küfrlə din müştərisiz qalmayıb,
Dindar küfrü, kafir dini almayıb.
5. Küfr insanın özünə qarşı zülmüdür.
6. Cəhənnəm indi də hazırdır.
7. İnsanın taleyi onun meyl və əməllərindən asılıdır. (İnsanı qoynuna almış şəhvətlər və fəsadlar onu axirətdə əhatə edəsi oddur.)
8. Kafirlərin pis aqibətinə diqqət insanın tərbiyəsində mühüm rol oynayır.
9. Məad cismanidir.