NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Həqiqətən, iman gətirib saleh işlər görənlər (bilsinlər ki,) şübhəsiz, Biz yaxşı iş görənlərin mükafatını puça çıxarmarıq.”
Nöqtələr
Allah bizim saleh işlərimizi puça çıxarmır. Yaxşı əməllərimizi məhv edən əslində öz pis xasiyyətlərimiz və əməllərimizdir.
İstənilən saleh əməl bir neçə yolla yerinə yetirilə bilər: adi yolla, yaxşı yolla və ali yolla. Bu ayədə ən ali yola təşviq edilir. Bəli, bəzən qida məhsulları yaxşı olur, amma hazırlanma qaydası fərqlənir.
Bildirişlər
1.Tərbiyə zamanı xəbərdarlıq və müjdə yanaşı olmalıdır. (Ötən ayədə xəbərdarlıqdan, bu ayədə müjdədən danışıldı.)
2. İlahi məqsəd saleh əməldən öndə gəlir.
3. İslama əsasən ilahi hesabdan heç nə məxfi qalmır və heç bir əməlin mükafatı zaya çıxmır.
4. Əməlin dəyərləndirilməsində kəmiyyət yox, keyfiyyət ölçüdür.