Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 33-cü Ayə

Surə 18
Ayə 33

Azərbaycan dilində tərcümə

Hər iki bağ öz meyvələrini verir və ondan bir şey əskiltmirdilər. Və o ikisinin (iki bağın) arasından bir çay axıtdıq.
Tam Surə

Əl-Kəhf ‏ surəsi 33-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 33

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Hər iki bağ öz məhsulunu verdi və ondan bir şey əskilmədi. Onların arasında bir çay axıtdıq.”
Nöqtələr
"Ukul” dedikdə istifadəyə yararlı məhsul və meyvə nəzərdə tutulur.
Bu ayələrdən bağçılıq və nümunəvi, dilruba bağ yaratmağı öyrənmək olar:
a) Bağın ortasında alçaq, ətrafında uca ağaclar olsun.
b) Bağlar aralı olsun və ətrafları açıq qalsın.
v) Bağlar arasındakı yerlər əkilsin.
q) Bağlar arasından su axsın.
e) Bağlar zəif, xəstəliyə yoluxmuş olmasın.
Bağçılıqda növbənöv üzüm tənəkləri, üzümlə yanaşı xurma, çeşidli əkin, əkinin ağaclarla əhatə olunması ən üstün mənzərə yaradır.
Bu ayələrdə sanki varlı kafirlərin yersiz tələblərinə cavab verilir. Onlar peyğəmbərdən istəyirdilər ki, fəqirləri özündən uzaqlaşdırsın və sonra iman gətirsinlər. Allah-təala cavab olaraq buyurur: "Yoxsulluq zillət, var-dövlət izzət nişanəsi deyil.”(Təfsire-kənzud-dəqaiq”. )
Bildirişlər
1. Mövzunu ən sadə, ən fitri və ən ümumi şəkildə anlatma yollarından biri məsəllərdən istifadədir.
2. İnsanlar arasındakı yoxsulluq və varlılıq fərqləri hikmət sahibi olan Allah tərəfindəndir.
3. Əsil əkinçi insan yox, Allahdır.