Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 34-cü Ayə

Surə 18
Ayə 34

Azərbaycan dilində tərcümə

Və o kişinin (bunlardan əlavə də) müxtəlif malları var idi. Beləliklə (təkəbbür və haqdan qafil olması üzündən) söhbət edərkən (yoxsul) yoldaşına dedi: «Mənim malım səninkindən daha çox və adamlarım səninkilərdən daha güclüdür.»
Əl-Kəhf ‏ surəsi , 34-cü ayə
Əl-Kəhf ‏ surəsi 34-cü ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 34-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 34

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Həmin kişinin (çoxlu) meyvəsi vardı. Onunla danışmaqda olan dostuna dedi: "Mən səndən varlı, say baxımından güclüyəm.”
Nöqtələr
Meyvə, mal-mülk, hətta ağac növləri "səmər” adlanır. 42-ci ayədə buyurulur ki, Allahın qəhr-qəzəbi təkcə meyvələri yox, bütün bağı və ağacları əhatə etdi.
"Sahib” dedikdə yoldaş, həmsöhbət başa düşülür. Bu şəxs hazırkı ayədəki kimi mömin və ya 37-ci ayədəki kimi kafir ola bilər.
Bildirişlər
1. Var-dövlətə, tayfaya bağlılıq və bütün bunlarla öyünmə tüğyan zəminidir.
2. Fəqirlik zillət, sərvət izzət dəlili deyil. Özümüzü yoxsullardan üstün tutmayaq.
Səfalət yurdunu alçaq sayma sən,
Tutsan qulpsuz kuzə düşməz əlindən.