Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 35-ci Ayə

Surə 18
Ayə 35

Azərbaycan dilində tərcümə

(Əqidə və əməlinin pisliyi baxımından) özünə zülm etdiyi halda, (yoldaşı ilə birgə) öz bağına daxil olaraq dedi: «Bu bağın nə zamansa məhv olmasını güman etmirəm.»
Əl-Kəhf ‏ surəsi , 35-ci ayə
Əl-Kəhf ‏ surəsi 35-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 35-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 35

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"O özünə sitəm qılmış halda bağın içinə gəldi və (lovğalıqla) dedi: "Bunun nə vaxtsa məhv olacağını güman etmirəm!”
Bildirişlər
1. İnsanın bütün olanları Allahdandır və həqiqi malik Allahdır.
2. Gen-bol var-dövlət və nemətlər qürur üçün zəmindir.
3. Allahdan xəbərsizlik, özünü üstün tutmaq, başqalarının təhqiri, maddi bər-bəzəyə aldanış insanın özünə zülmüdür.
4. Azğın və qafil insan heyvan və bitkidən alçaqdır. Allah-təala 23-cü ayədə bağ haqqında buyurur: "Bir şey əskik olmadı.” Amma bağ sahibi haqqında "özünə zülm etmiş” təbiri işlədilir.
5. Nemətləri və bəhrələri heç vaxt əbədi saymayaq.