NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Güman etmirəm ki, qiyamət qopa. Əgər hətta Rəbbimə doğru qaytarılsam, şübhəsiz, bundan da üstününü tapacağam.”
Nöqtələr
Kafirlər elə düşünürlər ki, Allahın işi nemət verməkdir və insan daim bu nemətlərdən bəhrələnməlidir. "Fussilət” surəsinin 50-ci ayəsində oxuyuruq: "Əgər qiyamət də qopsa, ən üstün şeylər bizim olacaq.” Amma Quran bu sayaq təfəkkürü rədd edir. İnsan Allahın lütf və fəzlindən bəhrələnsə də, Allah istədiyi vaxt suya acılıq qatar, ağacları qurudar, kafirləri məhv edər, ya da peyğəmbərlərə göndərdiyi vəhyi kəsər. Nəhayət anlayarlar ki, Allahın lütfü olmadan nemətlər ələ gələsi deyil.
Bildirişlər
1. Dünyaya bağlılıq və dünyapərəstlik qiyamətin inkarı üçün zəmindir.
2. Qiyaməti inkar edənlərin heç bir dəlili yoxdur.
3. Yersiz və sübutsuz ümid və arzu məhkum olunur.
4. İnsan fitrətən Allah və mənəviyyata meyillidir.
5. Bəziləri yanlış olaraq bol neməti özləri üçün kəramət və dəyər sayır, eləcə də onu əbədi bilirlər.