Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 39-cu Ayə

Surə 18
Ayə 39

Azərbaycan dilində tərcümə

Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)».
Əl-Kəhf ‏ surəsi , 39-cu ayə
Əl-Kəhf ‏ surəsi 39-cu ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Nə üçün bağa daxil olduğun vaxt «maşallah, Allahdan başqa heç bir qüdrət yoxdur!» demədin? Əgər məni var-dövlət və övlad baxımından özündən əskik görürsənsə!”
Nöqtələr
Həzrət Peyğəmbər (s) buyurdu: "Allah Öz bəndəsinə var-dövlət və övlad kimi hər hansı nemət verdikdə "maşallah və la qüvvətə illa billah” desə, Allah onu bəla və narahatçılıqlardan qoruyar, öz arzusuna çatar.” Sonra həzrət bu ayəni tilavət etdi.("Kəhf”, 38. )
Eləcə də rəvayətlərdə deyilir: "La hövlə və la qüvvətə illa billah” ("Allahdan başqa heç bir qüdrət yoxdur”) sözləri bəlanın uzaqlaşması və nemətin davam səbəbidir. Bu söz behişt xəzinələrindən bir xəzinədir.("Bəqərə”, 19; "Əraf”, 156. )
Bildirişlər
1. Məzəmmət doğru yola dəvətlə yanaşı olmalıdır.
2. Əqidə ilə bağlı sözləri qəlbdən keçirmək bəs etmir, onları dilə gətirmək lazımdır.
3. Təbiətin gözəl mənzərələri ilə rastlaşdıqda Allahı yada salaq. Bütün nemətlər Ondandır.
4. Qəflət və qürurun qarşısını almaq üçün nemətlərlə rastlaşdıqda Allahın iradəsini yaddan çıxarmayaq.
5. Həqiqi mömin var-dövlət və övladın azlığına xatir yolunu azmaz. "İn tərəni” yəni "mən əskik deyiləm, sən məni əskik görürsən” mənasınadır.