Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 44-cü Ayə

Surə 18
Ayə 44

Azərbaycan dilində tərcümə

Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə nə ixtiyarı, nə mükafatı və nə də aqibəti təmin etmək qüdrəti vardır).
Əl-Kəhf ‏ surəsi , 44-cü ayə
Əl-Kəhf ‏ surəsi 44-cü ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 44-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 44

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"O halda vilayət və qüdrət yalnız haqq olan Allaha məxsusdur. Ən üstün mükafat və ən yaxşı sonluq Onun tərəfindədir.”

Nöqtələr
Quranda dəfələrlə təkid olunur ki, insan təhlükə ilə üzləşdiyi vaxt maddi vasitələri təsirsiz gördükdə Allaha üz tutur və dərin bir ümidlə Onu səsləyir. İnsan dənizdə tufana düşdükdə və ya əzabla üzləşdikdə iman gətirir.
Ayədə bağı yanmış şəxs köməyinə gələn olmadığını görüb hökmün Allaha məxsus olduğunu anlayır.
Bu ayədə "vilayət” sözü qüdrət və yardım mənasında işlədilmişdir.
Bildirişlər
1. Allahdan qeyrisinə etimadın sonu əliboşluqdur.
2. Allahın qəzəbi nazil olan vaxt var-dövlət, övlad nə qədər çox olsa da kara gəlmir. (Təhlükə gəldikdə rifah dövrünün dostları tapılmır.)
3. Bütün acı hadisələrin qətnaməsi eynidir: Qüdrət yalnız Allaha məxsusdur.
4. Qeyri-ilahi vilayətlər davamsız və batildir. Yalnız Allahın vilayəti sabit və haqdır.
5. Nə qədər hesab aparıb uzağı düşünsək də Allahın sorağınca getməliyik.
6. İlahi yardım və Allahın haqq olması ən üstün mükafat və aqibətin təminatçısıdır.
7. Yaxşı sonluq və mükafat dəyər ölçüsüdür.