NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Ey peyğəmbər,) onlar üçün dünya həyatını məsəl çək; (müvəqqətilikdə) su kimidir ki, səmadan endirdik, yerin otu (onun vasitəsilə ilə) qarışar, qəfildən quruyar. Belə ki, küləklər (onları) sovurar. Allah hər şeyə qüdrətlidir.”
Nöqtələr
Ayədə qürurlu və qafil insanlara ibrət olsun deyə cücərtidən, yerin yaşıl örtüyündən, ilahi qəzəbin nazil olub onları yandırmasından danışılır.("Muzzəmmil”, 14. )
Bəli, dünya azca yağışla göyərib, azca küləklə quruyan köksüz ot kimidir. İnsana qalan onun əməlidir. Bu nöqtəyə həzrət Əmirəl-möminin (ə) da öz divanında işarə edir.
Bildirişlər
1. Həqiqətlərin bəyanı və xalqın hidayəti üçün Allah rəsuluna (s) əmr olunur ki, təmsildən istifadə etsin.
2. Tərbiyə və təbliğ üsullarından biri hamı tərəfindən anlaşılacaq və təbii misallardan istifadə etməkdir.
3. Hər bir baharın xəzanı, hər bir vüsalın fərağı var.
4. Dünyanın ötəri cilvələri bizi aldatmasın, davamlı gələcək haqqında düşünək.