NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Xatırla,) o gün ki, dağları hərəkətə gətirərik və yeri aşkar (saf, hamar) görərsən. Hamını ayağa qaldırarıq və kimsəni boşlamarıq.”
Nöqtələr
Quran qiyamət astanasında dağların vəziyyətini müxtəlif şəkillərdə bəyan edir:
1. Zəlzələ, yerin və dağların titrəyişi.("Yunus”, 21.)
2. Hərəkət, yerdəyişmə.
3. Parçalanma və qum şəklinə düşmə.(Yasin”, 12.)
Bildirişlər
1. Dünya həyatına bağlanmamaq üçün qiyaməti xatırlamaq lazımdır.
2. Yaxşı işlər çox yerlərdə, o cümlədən dağların hərəkətə gələcəyi qiyamətdə fayda verir.
3. Qiyamətdə və məhşər səhnəsində heç bir alçaqlıq və hündürlük yoxdur.
4. Həşr və qiyamət qaçılmazdır.
5. Qiyamət hamı üçündür və bu işdə heç bir istisna yoxdur.