NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 48
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Həmin gün) bütün insanlar cərgələnib Rəbbinə təqdim olunar. (Allah onlara buyurar:) «Sizi ilk dəfə yaratdığım kimi (bu gün də) Bizə doğru gəldiniz. Yoxsa düşünürdünüz ki, heç vaxt verdiyimiz vədi yerinə yetirməyəcəyik?»”
Nöqtələr
"Səf” nizam, ardıcıllıq, ədəb və təvazö nişanəsidir. Quranda mücahidlər, eləcə də, mələklər vəsf olunarkən "səf” təbirindən istifadə olunur. Quranın "səf və "saffat” adlanan iki surəsi var.
Əgər dünyada silahlı qüvvələr başçıların qarşısında dayanırsa, qiyamətdə bütün insanlar məcburi şəkildə və nizamlı halda Allahın hüzurunda dayandırılar.
Bildirişlər
1. Qiyamətdə iştirak və Allah qarşısında hüzur qətidir.
2. Dünyadakı təbəqələşmə qiyamətdə aradan qaldırılır, varlılar və yoxsullar eyni bir cərgədə dayanar.
3. Nizam həm dünya, həm də axirətdə öz yeri olan dəyərdir. Cəmiyyətdə və ibadətdə də nizam mühüm rol oynayır.
4. Qiyamət hüzuru dünyaya gəliş və hüzur kimidir. Həmin məqamda insan aciz, ağlar və üryan olur. (Münacatlarda insanın qiyamət səhnəsindəki üryanlığına işarə edilmişdir.)
5. Məad cismanidir.
6. Qiyamətdəki təkrar yaranış dünyadakı yaranış kimidir.
7. Məadı inkar edən kafirlərin heç bir dəlili yoxdur.