NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Onların və atalarının bu sözlə bağlı heç bir elmi yoxdur. Onların ağzından çıxan bu söz böyük böhtandır. Onlar yalnız yalan danışırlar.”
Nöqtələr
Ötən ayədə də xəbərdarlıq bəyan olunmuşdu. Amma müşriklərin Allahın övlad götürməsi ilə bağlı azğın fikirlərinin əhəmiyyətinə görə xəbərdarlıq təkrarlanır.
Quranın digər ayələrinə əsasən, Allahın övlad götürməsi ittihamı müşriklər arasındakı ən böyük şayiə olmuşdur. Məsihilər İsanı, yəhudilər Üzeyri Allahın oğlu sayırdılar. Müşriklər isə mələkləri Allahın qızları hesab edirdilər. Halbuki belə bir əqidə nə gerçəkliklə, nə də ağılla bir araya sığır.
Bildirişlər
1. Daimi əməlin daimi mükafatı var. İkinci ayədəki "yəməlunəs-salihat” təbiri əməlin davamını göstərir. Bu ayədəki "Makisin” təbiri isə daimi mükafata işarədir.
2. İnsanın əbədi həyata meyli var. Allah isə belə bir həyatı qiyamətdə qərar vermişdir.
3. Axirətə aid ilahi nemətlərin xüsusiyyətlərindən biri onların əbədiliyidir. Qiyamətdə ölüm və fəna yoxdur.
4. Xalqın əqidəsinin islahı peyğəmbərlərin vəzifələrindəndir.
5. Cəhalət və bixəbərlik azğınlıq zəminidir.
6. Əqidə elmə əsaslanmalıdır. Elmi əsası olmayan əqidə tənqid olunmuşdur.
7. İmanı olmayan insan öz xaliqinə iftira yaxır.
8. Allahın övladı olması fikri əsassız bir böhtandır.
9. Allaha övlad aid etmək həm şirkdir, həm yersiz müqayisədir, həm də Allahı canişinə və həmkara ehtiyaclı saymaqdır.