Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 50-cu Ayə

Surə 18
Ayə 50

Azərbaycan dilində tərcümə

(yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir.
Tam Surə

Əl-Kəhf ‏ surəsi 50-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 50

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Xatırla,) o zaman ki, mələklərə dedik: «Adəmə səcdə edin.» İblisdən savay hamı səcdə etdi! O cinlərdən idi və Rəbbinin göstərişindən boyun qaçırdı. (Belə olan halda) onu və onun nəslini mənim yerimə himayəçimi seçirsiniz? Halbuki onlar sizə düşməndirlər! Sitəmkarlar Allahın əvəzinə pis bir şeyi seçmişlər.”
Nöqtələr
Səcdə üç növdür:
a) Namaz səcdəsi kimi yalnız Allaha məxsus olan ibadət səcdəsi;
b) Allah əmrinə itaət üçün mələklərin Adəmə səcdəsi kimi itaət səcdəsi;
v) Yusifin aqibəti ilə bağlı Yəqubun səcdəsi kimi, Allaha təşəkkür, "təhiyyət” səcdəsi.
Bildirişlər
1. Mələklərin Adəmə səcdəsi və İblisin rədd olunması əhvalatı düşünüləsi əhvalatdır və ibrət mayasıdır.
2. Mələklər insandan öncə var idilər.
3. İnsan mələkdən üstün olduğu üçün mələyə insana səcdə etmək əmri verildi.
4. Mələklər Allahın əmri qarşısında mütidirlər.
5. Səcdə etməyənlər İblisin yolundadırlar.
6. Öz keçmişimizlə öyünməyək. İblis uzun müddətli abid keçmişinə baxmayaraq yolunu azdı.
7. İblisin övladları, törəmələri var.
8. Günahkarları dost tutmaq olmaz.
9. Şeytanın ardıcılları nə etdiklərini bilmək üçün öz əməllərini nəzərdən keçirməlidirlər.
10. Şeytan və onun nəsli bəşəriyyətin düşmənidir.
11. Allah yerinə şeytanın ardınca gedənlər sitəmkarlardır.
12. Allahı boşlayıb, şeytanın ardınca getmək ən pis sonluğu seçməkdir.