Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 51-ci Ayə

Surə 18
Ayə 51

Azərbaycan dilində tərcümə

Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.
Əl-Kəhf ‏ surəsi , 51-ci ayə
Əl-Kəhf ‏ surəsi 51-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 51-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 51

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Mən onları (İblis və övladlarını) nə səmaların və yerin, nə də özlərinin yaranışında şahid gətirmədim. Mən azğınları özümə köməkçi götürmərəm.”
Nöqtələr
Həzrət Əliyə (ə) dedilər: "Hakimiyyətin möhkəmlənənədək Müaviyəni əmirlikdə saxla. Qüdrətə çatdıqdan sonra onu işdən kənarlaşdırarsan.” Həzrət belə bir işin mümkün olmadığını buyurdu.("Ğafir”, 60. )
Allah mütləq ehtiyacsızdır. Hətta yaranış prosesində Onun kimsənin köməyinə ehtiyacı yoxdur. Onun hər hansı işi başqasına, məsələn, mələklərə tapşırması acizlikdən yox, hikmətdəndir və insanların tərbiyəsi üçündür.(Bəqərə”, 174; "Ali-İmran”, 77.)
Bildirişlər
1. Allahın yaranışda şahidə ehtiyacı yoxdur.
2. Varlıq və yaranışın sirrini Allahdan başqa kimsə bilməz.
3. Yalnız yaradanın hakimiyyət haqqı var.
4. Allahın məmurları etibarlı olmalıdır.
5. Allahın yolunda olanlar azğınlardan yardım almamalı, siyasi və iqtisadi müstəqilliklərini hifz etməlidirlər.