Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 52-ci Ayə

Surə 18
Ayə 52

Azərbaycan dilində tərcümə

(yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar).» Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.
Əl-Kəhf ‏ surəsi , 52-ci ayə
Əl-Kəhf ‏ surəsi 52-ci ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 52-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 52

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"(Xatırla,) o gün ki, (qiyamətdə Allah mələklərə) deyər: «Mənə şərik qoşduqlarınızı yanınıza çağırın (sizə kömək etsinlər). Onları çağırarlar, amma bir cavab çıxmaz. Biz onların arasında həlakət dərəsi qərar verərik.»”
Nöqtələr
Allahdan uzaq düşənlər avara qalır. Onlar insana, cansız cismə, heyvana, günəşə, aya, inəyə, buzova, mələklərə və şeytanlara müraciət etsələr də, bir cavab almırlar. Allahı çağıranlara isə hökmən cavab verilir.("Furqan”, 12.)
Sual: Quranda bildirilir ki, Allah haqqı gizlədənlərlə və əhdi pozanlarla danışmaz("İsra”, 81. )Bəs nə üçün bu ayədə Allahın müşriklərlə danışdığı bildirilir?
Cavab: Ola bilsin ki, haqqı gizlədənlər müşrikdən də pisdirlər. Ya da bu nöqtə qiyamət mərhələlərinin müxtəlifliyi ilə izah oluna bilər. Bir mərhələdə Allah danışır, digər mərhələdə onlardan üz çevirir. «Allah onlarla danışmaz» dedikdə mümkündür ki, mehriban danışıq nəzərdə tutulur.
Bildirişlər
1. Qiyamətdə müşriklərlə onların məbudları arasında böyük bir fasilə olar.
2. Allah qiyamətdə müşriklərə imkan verir ki, öz məbudlarından yardım istəsinlər. Amma bunun nə faydası?
3. Cəhalət, əsassız təsəvvürlər şirkin köküdür.