Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 53-cü Ayə

Surə 18
Ayə 53

Azərbaycan dilində tərcümə

Günahkarlar (Cəhənnəm) odu(nu) görər, beləliklə ora mütləq daxil olacaqlarını bilərlər və oradan bir qayıdış yolu tapmazlar.
Əl-Kəhf ‏ surəsi , 53-cü ayə
Əl-Kəhf ‏ surəsi 53-cü ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 53-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 53

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Günahkarlar (qiyamətdə) cəhənnəm odunu görərlər. Anlayarlar ki, bu oda düşəcəklər və qurtuluş yolu tapmayacaqlar.”
Nöqtələr
Günahkarların qiyamətdə qurtuluş yolu yoxdur. Çünki yalnız iman sayəsində xilas olmaq mümkündür. Allahın əfvi üçün tövbə və saleh əmələ ehtiyac var. Onlarınsa əli boşdur. Onların şəfaət dilədiyi bütlər çarəsiz olduğundan hökmən cəhənnəmə düşəsidirlər.
Bildirişlər
1. Ötən ayədə vəd edilmiş fəlakətli yer cəhənnəmdir.
2. Şirk günahdır, müşrik isə günahkar.
3. Odu görmək əzabdır. Odda yanmaq isə növbəti bir əzab olasıdır.
4. Günahkarlar qiyamətdə odu uzaqdan gördükdə belə onun hənirtisi səbəbindən odda olduqlarını düşünərlər.("Nəhcül-bəlağə”, x. 1. )
5. Şirk əbədi əzabdır.
6. Qiyamətdə günahkarın heç bir qurtuluş ümidi, çıxış yolu yoxdur.